Menu
Geri İrəli

Sumqayıt Apellyasiya Məhkəməsi prokurorun protestini təmin etməyib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2017 • Baxış sayı: 324 dəfə • Şərh yoxdur

mehkemeSumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamil Eybatovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, ittiham aktına əsasən, Sumqayıt şəhər sakini K.Eybatov 2016-cı ilin iyul ayının 7-də qohumu Məlik Cabbarovu mübahisə zəmində döyüb. Mübahisəyə səbəb isə M.Cabbarovun ağacdan tut dərib yeyən zaman tanımadığı şəxsi də ora çağırması olub. Buna əsəbləşən K.Eybatov qohumuna əvvəl irad bildirib, sonra onu döyüb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan K.Eybatovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ilə K.Eybatovun barəsində şərti cəza verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın