Menu
Geri İrəli

Sumqayıt bu sürücüdən danışır: İstənilən yükü istənilən ünvana pulsuz daşıyır – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2017 • Baxış sayı: 686 dəfə • Şərh yoxdur

59341e232731a_1ailesehidSumqayıtda bir sürücü maraqlı, həmdə xeyrixah addım atıb. O idarə etdiyi qazel markalı maşını ilə şəhid ailələrinə pulsuz yük daşıyır. Onun bu addımı isə sakinlər tərəfindən müsbət qarşılanıb.

İstənilən yükü istənilən ünvana pulsuz daşıyır. Hətta məsafəsindən asılı olmayaraq.

Sumqayıtlı sürücü Səxavət Məmmədov idarə etdiyi avtomobili ilə şəhid ailləri üçün pulsuz yük daşımaqla məşğuldur. O belə bir elanıda yük maşının dörd bir tərəfinə yapışdırıb. Artıq 1 ilə yaxındır ki, bu xeyrxah missiyanı öz üzərinə götürən Səxavət Məmmədov ona müracət edənlərə yük daşıdığından qürur hissi keçirtdiyini deyir.

Sürücünün sözlərinə görə o şəhid aillərinə pulsuz xidmət göstərdiyi üçün hətta maşın ustalarıda ondan təmir pulu götürmür. Səxavətin bu addımıda sakinlər tərəfindən müsbət qarşılanır.

Sumqayıtda Səxavət kimi şəhid ailələrinə pulsuz xidmət göstən bir neçə sürücünün olduğu bildirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın