Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində“Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır” mövzusunda konfrans – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2016 • Baxış sayı: 544 dəfə • Şərh yoxdur



1464264155_0001Mayın 26-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi və “Bütöv Azərbaycan” qəzetinin dəstəyi ilə “Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır” layihəsi çərçivəsində konfrans keçirildi.

Konfransı giriş sözü ilə SDU-nun Humanitar Məsələlər üzrə prorektoru, dosent Nizami Namazov açaraq tədbirin məqsəd və məramı barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan uzun illərdi ki, müharibə şəraitində yaşayır. Milli təhlükəsizliyin və ordu quruculuğunun reallaşmasında dövlətin informasiya təhlükəsizliyi vacib şərtdir. Bu baxımdan mediada və sosial şəbəkələrdə ordu ilə bağlı dezinformasiyaların yayılmasına diqqətli olmaq hər birimizin borcudur. Ordu ilə bağlı informasiyaların yayılması daha həssas məqamdır. Müasir gəncliyin dövlətçilik ruhunda böyüməsi və dövlət təhlükəsizliyinin həssas məqamları ilə bağlı bilgili olmaları ciddi şərtdir. Belə tədbirlərin keçirilməsi olduqca gərəklidir.

Hərbi Jurnalistlər Birliyinin sədri-layihə rəhbəri, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu bildirib ki, sözügedən layihəni həyata keçirməkdə başlıca məqsəd tələbələrin və sosial media istifadəçilərinin fəal köməyilə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi verməkdir. Azərbaycan Konstitusiyası hər kəsə istədiyi məlumatı əldə etmək və yaymaq azadlığı verib.

Ulu öndərin göstərişi ilə 1998-ci ildə senzura ləğv edilib. Bu gün 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. “Az” domenində 20 min internet saytı qeydiyyatdan keçib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat və fikir azadlığının təmin edilməsində onlayn media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır. Düşmən kəşfiyyatı mətbuatı izləməklə özünə lazım olan informasiyalar asanlıqla əldə edə bilir. Hal-hazırda virtual informasiya məkanının genişlənməsi, milli informasiya mühitinin pozulması beynəlxalq və yerli ictimai rəyin idarə olunmasına, siyasi proseslərin yönləndirilməsinə cəhd edənlərə münbit şərait yaradır. Məqsədimiz jurnalistlərimizə, əsasən də sosial şəbəkə fəallarına, erməni qoşunları ilə təmas xəttində yaşayanlara vətəndaşlıq mövqeyi aşılamaq, onlara ölkəmizin mənafeyini qorumağa, informasiya siyasətini müdafiə etməyə, cəbhədə insidentlər haqqında təhrif olunmuş, yanlış məlumatların yayılmasının qarşısını almaq istiqamətində maarifləndirməkdir. Bu səbəbdən də Siz gənclər informasiya cəbhəsində ayıq-sayıq olaraq, fəal mübarizə aparın!

Konfransda hərbi politoloq Ramil Məmmədli, yazıçı-publisist Miraslan Bəkirli, SDU-nun Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev dövlətimizin müstəqilliyinin bərpasından sonra dezinformasiyaların cəmiyyətdə yaratdığı çaşqınlıq və törətdiyi ciddi fəsadlar barədə fikirlərini bölüşdülər.

Sonda iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə hazırlanmış yaddaş bukletləri paylandı.

1464264162_02

1464264177_01

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın