Menu
Geri İrəli

Sumqayıt Gənclər Evi könüllülük müsabiqəsi elan edir

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur
Share Button

1496784416235211188_1000x669Sumqayıtdakı Gənclər Evi könüllülük müsabiqəsi elan edib. Müsabiqənin məqsədi – gənclərin asudə vaxtlarının səmərəli təşkili, təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şəraitin yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və bacarıqlarının üzə çıxarılmasıdır.

Könüllülər, həmçinin Sumqayıt Gənclər Evində keçirilən seminar, təlim, ingilis və rus dillərində danışıq klublarında, intellektual oyunlar, tur gəzintiləri, bayram tədbirləri, fləşmoblarda iştirak edəcəklər. Müsabiqədə iştirak etmək üçün yaş həddi 14 – 29 dur.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, Müsabiqə 3 istiqamət – təşkilati işlər, müəllim köməkçisi, fotoqrafiya sənəti üzrə keçirilir. Könüllülük xidməti təşkilati işlər və fotoqrafiya sənəti üzrə 3 ay, müəllim köməkçisi kimi isə 4 ay müddətinə nəzərdə tutulub. Könüllülük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə ”Könüllülük Sertifikatı” təqdim ediləcək.

Müraciət etmək istəyənlər 26 İyun 2017-cı il tarixinə kimi CV-lərini genclerevi.sumgait@mail.ru elektron ünvanına göndərə və ya “Sumqayıt Gənclər Evi”nə təqdim edə bilərlər.

Əlaqə nömrələri: (050) 862 01 80, (055) 887 42 52, (018)655 5 47 32

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın