Menu
Geri İrəli

Sumqayıt gənclərı Beynəlxalq İngilis Dilini Yoxlama Sistemi üzrə sınaqdan keçdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur

165880İyunun 21-də Sumqayıt Gənclər Evində şəhərin gənc sakinləri üçün Beynəlxalq İngilis Dilini Yoxlama Sistemi (IELTS) proqramı üzrə ödənişsiz sınaq imtahanı keçirilib. Sınaq imtahanları Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və “Elite Təhsil və Karyera” Mərkəzi ilə birgə təşkil edilib.
Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC –a bildirilib ki, sınaq imtahanının müddəti 2 saat 45 dəqiqə olmaqla gənclərin ingilis dili biliyinin 4 meyar üzrə – oxuma (reading), yazma (writing), danışma (speaking) və dinləmənin (listening) yoxlanılmasından ibarət olub. IELTS sınağında iştirakçılar 9 ballıq sistemlə qiymətləndiriləcək.
İmtahandan təxminən 10 gün sonra IELTS testinin nəticəsi e-mail poçt vasitəsilə iştirakçıların ünvanına göndəriləcək. Cavab kartında 4 bölmə üzrə ayrı-ayrılıqda 0-9 ballıq qiymətləndirmə və yekun bal əks olunacaq.
Gənclər tərəfindən böyük maraqla qarşılanan sınaq imtahanlarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın