Menu
Geri İrəli

Sumqayıt hadisələri ilə bağlı qərəzli verilişlərin yayılmasının qarşısı alınıb

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2016 • Baxış sayı: 263 dəfə • Şərh yoxdur

sefirlik2Belarusda yaşayan erməni icması və diasporu tərəfindən ölkə ictimaiyyətində, xüsusilə yerli televiziya kanallarında fevralın 28-də Sumqayıt hadisələri ilə bağlı qərəzli silsilə verilişlərin yayılması nəzərdə tutulmuşdu. Bunu nəzərə alan Azərbaycanın Belarusdakı səfirliyi, xüsusilə səfir İsfəndiyar Vahabzadə önləyici tədbirlərin görülməsinə nail olub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, televiziya rəhbərliyi və jurnalistlər kollegiyasının rəhbərləri ilə keçirilmiş görüşlər və telefon danışıqları nəticəsində ermənilər tərəfindən nəzərdə tutulan verilişlərin və filmlərin efirə getməsinin qarşısı alınıb.

Səfirliyin təkidinə əsasən həmin gün “Belarus 3” televiziya kanalında “Qaya” musiqi qrupuna həsr edilən 25 dəqiqəlik sənədli film və Azərbaycanfilmin istehsalı olan “İstintaq” bədii filmi nümayiş etdirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın