Menu
Geri İrəli

“Sumqayıt” hazırlığa start verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2016 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

sumqayit-futboluPremyer Liqanın növbəti turunda “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu 2 günlük istirahəti başa vurub. SİA-nın məlumatına görə, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında “Kapital Bank Arena”da hazırlığa başlayıb. Zədəli Mikayıl Rəhimovdan başqa, komanda tam heyətlə hazırlaşıb. Məşqin ilk hissəsində fiziki hazırlığa önəm verən komanda daha sonra toplu çalışmalar yerinə yetirib.
Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” oyunu oktyabrın 25-də keçiriləcək. Qarşılaşma saat 16:00-da “Kapital Bank Arena”da baş tutacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın