Menu
Geri İrəli

Sumqayıt idmançıları indiyədək 8 medal qazanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2017 • Baxış sayı: 857 dəfə • Şərh yoxdur

refael2sumqayitxeber.com xəbər verir ki, 12-22 may tarixlərində Bakı şəhərində təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarına vəsiqə uğrunda şəhərin 25-ə yaxın idmançısı cəlb olunub.

Bunlardan 20-si, o cümlədən  para-cüdo üzrə İlham Zəkiyev, Rövşən Səfərov, Natiq və Elçin Talıbovlar, Tofiq Məmmədov, Kənan Abdullaxanlı, zorxana üzrə Tural Əliyev, stolüstü tennis üzrə Məryəm İmanova, Vəzir Allahverdiyev, karate üzrə Rafael Ağayev, üzgüçülük üzrə İlahə Rəciyeva, yunan-roma güləşi üzrə İslam Abbasov, Murad Məmmədov, taekvondo üzrə Fizam Mehdiyev, “Sumqayıt” Futbol Klubunun üzvləri Mirabdulla Abbasov, Yusif Nəbiyev, Tərlan Əhmədov, Azər Salahlı, ağır atletika üzrə Firuzə İbrahimova, Kamran İsmayılov Oyunlarda iştirak etmək hüququ əldə edib.

 Sumqayıt idmançıları Oyunların proqramına daxil olan yarışlarda uğurla çıxış edərək 2-i qızıl, 1-i gümüş, 5-i bürünc olmaqla 8 medal qazanıb.

Qızıl medal

  1. Raael Ağayev -  karate
  2. Elçin Talıbov – para-cüdo

Gümüş

  1. Kənan Abdullaxanlı – para-cüdo

Bürünc

  1. Natiq Talıbov – para-cüdo
  2. Rövşən Səfərov – para-cüdo
  3. İlham Zəkiyev – para-cüdo
  4. İlahə Rəciyeva – üzgüçülük
  5. Murad Məmmədov – yunan-Roma güləşçisi

Hazırda zorxana, futbol, stolüstü tennis, üzgüçülük, yunan-roma güləşi üzrə yarışlar davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın