Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkının 9 rezidenti var (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2016 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur

senaye_parki_150916_3Sumqayıt Kimya Sənaye Parkının (SKSP) hazırda 9 rezidenti var.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Sənaye Parkında rezidentlər üçün bir sıra güzəştlər tətbiq edilir. Bununla yanaşı, SKSP rezidentlərə texniki infrastrukturun təchizatı baxımından müasir yanaşma təklif edir, zəruri infrastruktur şəbəkəsinə dərhal qoşulmaq imkanı yaradılır.

Hazırda sənaye parkında istehsal müəssisələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı istiqamətində işlər aparılır. Belə ki, istehsal müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində 110/35/6.3 kV-luq 2 yarımstansiya fəaliyyət göstərəcək. Hazırda yarımstansiyada avadanlıqların quraşdırılması işləri aparılır. Yarımstansiyanın 2016-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Sənaye Parkında digər yarımstansiyanın tikintisinə isə yaxın vaxtlarda başlanacaq. Yarımstansiyalarda 8 transfarmator quraşdırılacaq. Bundan başqa, hər iki yarımstansiya arasında əlaqə yaradılacaq ki, bu da dayanıqlı enrji təchizatını təmin edəcək.

Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkının kommunikasiya xətləri, o cümlədən daxili elektrik verilişi xətləri yeraltı texniki qalereya vasitəsi ilə çəkilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın