Menu
Geri İrəli

Sumqayıt komandası “Xəmsə” Milli İntellektual Oyununun final mərhələsinə vəsiqə qazanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Aprel 2017 • Baxış sayı: 348 dəfə • Şərh yoxdur
Share Button

14930151731262618556_1000x669Sumqayıtdakı Gənclər Evində “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının Abşeron zona mərhələsində Abşeron, Xızı rayonları və Sumqayıt şəhərindən olmaqla, ümumilikdə, 8 komanda iştirak edib. Tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, gərgin mübarizə şəraitində keçən bilik yarışının sonunda Sumqayıt şəhərini təmsil edən “Eldorado” komandası I yeri tutaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, çempionatın final mərhələsi Balakəndə keçiriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın