Menu
Geri İrəli

Sumqayıt məktəbliləri Konstitusiya haqqında biliklərini yoxlayıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2015 • Baxış sayı: 296 dəfə • Şərh yoxdur

1447320193480067002_1000x669Sumqayıt şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri 12 noyabr – Konstitusiya Gününə həsr olunan test-müsabiqəsində biliklərini yoxlayıblar. Müsabiqə Sumqayıt şəhər Təhsil Şöbəsinin konfrans zalında Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Baş İdarənin və Təhsil Şöbəsinin nümayəndələri hər il keçirilən test müsabiqəsinin iştirakçılarının bilik və bacarıqlarının artırılmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, hüquqi maarifləndirilməsindəki rolundan danışıb, onlara uğurlar arzulayıblar.

Sonra şagirdlər Azərbaycan Respublikasının Konstitusiyasına aid 30 sualı 45 dəqiqə ərzində cavablandırıblar.

Münsiflər heyətinin qərarına əsasən 25 nömrəli tam orta məktəbin XI sinif şagirdi Könül Mehdiyeva I yerə, Texniki və Təbiət Elmləri Liseyinin X sinif şagirdi Məlahət Şükürova II yerə və 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Abbas Xəlilov III yerə layiq görülüblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın