Menu
Geri İrəli

Sumqayıt polisi 10 evdən oğurluq etməkdə şübhəli bilinən iki əmioğlunu saxlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2016 • Baxış sayı: 484 dəfə • Şərh yoxdur
Share Button

img2032148Qohumlar əldə etdikləri qənimətləri Ramana qəsəbəsində satıblar. Malların qiymətinin ucuz olması alıcılarda şübhə yaradanda Etibar həmin malları Dağıstandan gətirmələri ilə izah edib

  Sumqayıt polisi Novxanı bağlar massivində 10 evdən oğurluq etməkdə şübhəli bilinən iki əmioğlunu saxlayıb. 
Sumqayıt şəhər Polis İdarəsinə Novxanı bağlar massivində yaşayan vətəndaşlar ərizə ilə müraciət edərək, onlara məxsus  bağ evlərinin  naməlum şəxslər tərəfindən qarət olunması ilə bağlı məlumat veriblər. Hüquq mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə  şübhəli bilinən iki əmoğlu – Novxanı qəsəbə sakini 20 yaşlı Ehtiram  Əliyev və Etibar  Əliyev saxlanılıb. Maraqlı məqamlardan biri isə odur ki, saxlanılan şəxslər özləri də  Novxanı bağlar massivində yaşayır. Ehtiramın sözlərinə görə, sözügedən ərazidə  mənzillərinə daxil olduqları şəxlərin qış fəslində paytaxtda yaşadıqlarını qabaqcadan müəyyənləşdiriblər. Oğruların hədəfi mühafizə olunmayan evlərdən oğurluq etmək olub. Onlar əsasən kombi aparatları, televizorlar və soyuducular oğurlayıblar.
Qohumlar əldə etdikləri qənimətləri Ramana qəsəbəsində satıblar. Malların qiymətinin ucuz olması alıcılarda şübhə yaradanda Etibar həmin malları Dağıstandan gətirmələri ilə izah edib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
Musavat.com
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın