Menu
Geri İrəli

“Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2017 • Baxış sayı: 137 dəfə • Şərh yoxdur
Share Button

sum-futbolAzərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

“Report” xəbər verir ki, sentyabrın 22-də baş tutacaq matç “Kapital Bank Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Görüş isə elə saat 19:00-da start götürəcək.

Dəyişikliyə səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Roma”nı qəbul edəcək “Qarabağ” futbolçularının Sumqayıtdakı süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdür.

Qeyd edək ki, VI turda meydan sahibi “Qarabağ” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi isə “Sumqayıt” klubu olacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın