Menu
Geri İrəli

Sumqayıt qatarı niyə gecikdi? ÖZƏL

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2016 • Baxış sayı: 999 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən “Stadler” markalı elektrik qatarında gecikmə baş verib. SİA-nın məlumatına görə, sözügedən qatar saat 08:40-da Bakı Sərnişin Stansiyasına çatmalı olduğu halda 40 dəqiqə gecikib.

Qatar Bakı stansiyasında paltformaya çatmamış dayanıb. Gecikmədən narahat olan sərnişinlər nəzarətçisdən maşinistlə əlaqə saxlamasını xaiş ediblər. Maşinist isə gecikməyə səbəb kimi gah işıqforun qırmızı işığının yandığını, gah da elektrik şəbəkəsinin olmadığını bildirib.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovla əlaqə saxlamağa çalışırıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın