Menu
Geri İrəli

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi zona müşavirəsi keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2017 • Baxış sayı: 431 dəfə • Şərh yoxdur

a7956912b039Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə Şuşa rayon İcra başçısının müavini Vüsalə Əzizova açıb.
O, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovu Şuşa rayon mədəniyyət işçiləri adından təbrik edərək fəaliyyətində uğurlar arzulayıb.
“Şuşa Azərbaycanın musiqi beşiyidir” deyən natiq Şuşanın maddi-mənəvi sərvətləri, rayonun işğalından sonra mədəniyyət müəssisələrinin bərpası və fəaliyyəti, mədəniyyət işçilərinin qazandıqları uğurlar və nailiyyətlər, respublika əhəmiyyətli, eləcə də beynəlxalq müsabiqə və festivallarda iştirakları haqqında geniş məlumat verib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, həmkarlar təşkilatı, maliyyə, kadr islahatı, daxili subardinasiya məsələləri, o cümlədən müəssisələrdə aparılan yoxlama işlərinin vəziyyəti, beynəlxalq və yerli müsabiqə və festivalların keçirilməsi, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, fəxri adlarla təltifi, mətbuat və kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması barədə geniş məlumat verib, irad və təkliflərini bildirib.
Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, uşaq incəsənət və musiqi məktəblərinin direktorları Raqif Məhərrəmov, Mirkamil Ağamirov, Fikrət Mikayılov, Gülşən Əzizova çıxış edərək toplantıda 7 musiqi məktəbinin müəllim kollektivinin iştirak etdiyini qeyd edib, məktəblərin fəaliyyəti haqqında qısa arayış verərək perspektiv planlar barədə danışıblar.
http://s010.radikal.ru/i314/1702/9b/ad30aea3deb7.jpg

http://s45.radikal.ru/i107/1702/21/26bcc2766281.jpg
http://s019.radikal.ru/i631/1702/ce/9cc9d5f29e7f.jpg

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın