Menu
Geri İrəli

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib -fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2017 • Baxış sayı: 371 dəfə • Şərh yoxdur
Share Button

1494570445_b2Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, YUNESKO , BMT-nin Sivilizasiyalar Alyansı,BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Sumqayıtın Tarixi Muzeyində təşkil olunan “dəyirmi masa” da N. Nərimanov adına Mədəniyyət Mərkəzi, “Dostluq” mədəniyyət evi, N.Gəncəvi adına kitabxana klub, Ə.Vahid adına kitabxana filial, Qubadlı və Laçın rayon tarix diyarşunaslıq muzeylərinin əməkdaşları, Sumqayıt YAP Qadınlar Şurasının nümayəndələri, 14 saylı məktəbin müəllimləri iştirak ediblər.

Tədbirdə müzakirələrlə yanaşı, zorakı ekstremizmin qarşısının alınması, miqrant və qaçqınların problemlərini əks etdirən 30 dəqiqəlik film nümayiş edilib.

Abşeron rayon Masasır qəsəbəsində zəngilanlılar üçün salınmış qəsəbədə keçirilən tədbirdə mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Bundan əlavə, Zəngilan rayon Mərkəzi kitabxanasında geniş tədbir keçirilib. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Məhruzə Cəfərova açaraq bildirib ki, əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Mədəniyyətlərarası Dialoq haqqında danışanda bizə aydın olur ki, həmin dialoqun uğurunun təsirini hər bir sahədə – siyasi həyatda, təhlükəsizlik ilə bağlı sahələrdə və iqtisadi əməkdaşlıqda görmək olar.

Kitabxananın Abonoment bölməsinin müdiri T.Məmmədova “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda çıxış edib.

Xızı rayonunun mədəniyyət müəssisələrində seminar və dəyirmi masalar təşkil edilib.

Formunun geniş təbliği məqsədilə Xızı rayon Uşaq musiqi məktəbində Dəyirmi masa təşkil edilib. dəyirmi masada “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi , sülh və davamlı inkişaf üçün yeni imkanlar” dan bəhs edilib. Mərkəzi Kitabxanada seminar təşkil edilib, formun təbliği ilə əlaqədar stend hazırlanıb, işçilər üçün məlumat blankları hazırlanaraq işçilərə paylanıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın