Menu
Geri İrəli

Sumqayıt sakini Abşeronda qəzaya düşdü, ölən var

Müəllif: sumqayitxeber.com • Tarix: 11 May 2017 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

teciliAbşeronda iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 10-da saat 4 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Fərid Müseyibov idarə etdiyi “VAZ-21074″ markalı avtomobili qarşıda gedən, Sumqayıt şəhər sakini Mətləb Mehdiyevin idarə etdiyi “Hovo” markalı yük avtomobilinə vurub və nəticədə F.Müseyibov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın