Menu
Geri İrəli

Sumqayıt sakini qonşusunu qətlə yetirib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2016 • Baxış sayı: 93 dəfə • Şərh yoxdur

bicaqlama3Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ramin Cəbrayılov aralarında yaranmış mübahisə zəminində qonşusu Asif Xəlilovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən R.Cəbrayılov polisə könüllü təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın