Menu
Geri İrəli

Sumqayıt sakinləri əlavə yol qət etməli olur – İş bitsə də, dayanacaq açılmır

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2016 • Baxış sayı: 1,120 dəfə • Şərh yoxdur
Share Button

avtovaqzalBeynəlxalq Avtovağzalın yaxınlıqında baş verən sürüşmənin qarşısı tam olaraq alınsada, Bakı-Sumqayıt yolunun kənarında yerləşən avtovağzal dayanacağı hələdə açılmayıb. Dayanacaq bağlıdır belə olduğu halda sərnişinlər avtovağzala girmək üçün bir neçə yüz metr əlavə yol qət etməli olurlar. Avtobusu yolun ortasında saxlamağa məcbur olan avtobus sürücüləri isə həm qəza şəraiti yaradır, həmdə yolda tıxaca səbəb olurlar.

Bakı-Sumqayıt yolunun avtovağzal yaxınlığında baş verən sürüşmənin qaldırılması üçün üçün uzun müddətdir ki, yolun kənarındakı bu avtovağzal dayanacağı bağlanmışdı. Elə buna görədə sərnişinlər bir neçə metr əlavə yol qət etməklə avtovağzala girə bilirdilər. Hal-hazırda müşahidələr elə göstərir ki, ərazidə işlər yekunlaşıb amma hələdə bu dayanacaq sərnişinlərin istifadəsinə verilməyib. Əvvəllər Sumqayıt istiqamətindən Bakıya gələn və avtovağzala girməyən avtobuslarda bu dayanacaqda saxlayırdı ki, belə olduqdada onlar sərnişinlər keçiddən istifadə etməklə rahat şəkildə avtovağzaldan çıxa və girə bilidrdilər. İndi isə bu avtobuslar yolun ortasında saxlamaqla həm yolda tıxaca səbəb olur, həm də qəza şəraiti yaradırlar.Bu haldan ən çox əziyyət çəkənlər isə sərnişinlərdir.

Milli.Az bildirir ki, ”Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Nəcəflinin “XəzərXəbər”ə verdiyi məlumata görə, ərazidə sürüşmənin aradan qaldırılması üçün görülən işlər tam olaraq yekunlaşdırılıb. Hal-hazırda bağlanmış ərazidə estetik işlərin görülməsi qalıb ki, həmin işlərində 2-3 gün ərzində yekunlaşdırılıb. Dayanacağın sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın