Menu
Geri İrəli

Sumqayıt sakinləri niyə aksiya keçirmək istəyir?

Müəllif: Sumqayitxeber.com • Tarix: 24 Avqust 2015 • Baxış sayı: 2,406 dəfə • Şərh yoxdur

?????????????Yerli sakinlərin Sumqayitxeber.coma verdiyi məlumata görə naməlum şəxslər 36-cı məhəllədə tikinti işlərinə başlayıb. Tikinti prosessesində onlarla ağac kəsilib, yaxud da əlverişsiz şəraitdə qaldığı üçün quruyub. Sakinlər 24 avqust tarixində səhər saatlarından etibarən narazılıqlarını bildirmək üçün həyətə yığışıb, maşınlarla məhəlləyə girişin qarşısını kəsib. Lakin polislərin müdaxiləsi nəticəsində sakinlər geri çəkilməli olub, maşınlar evakuatrlarla kənarlaşdırılıb.

Sumqayitxeber.com-un əməkdaşları da polislər tərəfindən kobudcasına hadisə yerindən uzaqlaşdırılıb və heç kimə foto və video çəkiliş aparmasına icazə verilməyib. Həmin tikilinin kimə aid olduğu və nə üçün istifadə ediləcəyi isə nə sakinlərə, nə də əməkdaşlarımıza məlum deyil. Bu barədə soruşan əməkdaşımız isə kobudluqdan başqa heç bir cavab ala bilməyib. Hadisə yerindən fotoları təqdim edirik.

Sevinc Salehqızı

????????????? ????????????? ????????????? ????????????? ????????????? ????????????? ????????????? ?????????????

Facebook Şərhləndirmə:

Şərhinizi yazın