Menu
Geri İrəli

Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2017 • Baxış sayı: 968 dəfə • Şərh yoxdur

Dem-QazBu gün saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Bu barədə “Report”a “Azəriqaz” İB-dən məlumat verilib.

Məlumata görə, fasilə yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın