Menu
Geri İrəli

Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2016 • Baxış sayı: 1,054 dəfə • Şərh yoxdur

dem qazi 23 3İyunun 8-də saat 09:00-dan etibarənSumqayıt şəhərinin “Yaşıl dərə” yaşayış massivi, “Metallurq” bağları, 48-ci məhəllə, Corat qəsəbəsi və bağ massivinin, 20, 21-ci mikrorayonlar, 52-ci məhəllə, Novxanı, Saray bağları yaşayış sahələrində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə “Report”a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qaz verilişində fasiləyə səbəb yeni çəkilmiş diametri 57 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın