Menu
Geri İrəli

Sumqayıt Səhiyyə İdarəsi: Ana doğuşdan sonra qanaxmadan ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2017 • Baxış sayı: 398 dəfə • Şərh yoxdur
Share Button

hekim-xeste-xestexanaSumqayıt şəhər Səhiyyə İdarəsi şəhərdəki 2 saylı Doğum Evində baş verən ana ölümü ilə bağlı məsələyə münasibət bildirib.

İdarənin müdiri Nəriman Baxşəliyev APA-ya deyib ki, Əliyeva Gülsüm Rasim qızı iyulun 11-də 2 saylı Doğum Evinə gətirilib: “Üçüncü hamiləlikdən üçüncü doğuş olub. Üç kiloqram iki yüz qram çəkisində qız uşağı doğulub. Xəstədə qanaxma başlayıb. Qanaxmanı dayandırmaq mümkün olmadığı üçün xəstə əməliyyata götürülüb, itirilmiş qan bərpa olunub, damarları tikilib. Lakin bütün tədbirlərə baxmayaraq qanın laxtalanmasının qarşısını almaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın