Menu
Geri İrəli

“Sumqayıt” tək qolla 3 xalı qazandı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2017 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur
Share Button

thumb_20170219073801649Fevralın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində növbəti oyun keçirilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, “Kapital Bank Arena”da “Sumqayıt” komandası AZAL-ı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Sumqayıt” komandası minimal hesablı qələbə qazanıb – 1:0.

 Oyunda yeganə qolu Yusif Nəbiyev vurub.

Hesabında 22 xal olan “Sumqayıt” turnir cədvəlində beşinci pillədə qərarlaşıb. AZAL isə 8 xalla sonuncudur.

Tura “Qəbələ”-”Qarabağ” oyunu ilə yekun vurulacaq.

1news.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın