Menu
Geri İrəli

Sumqayıt təşkilatı velo yürüş keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2015 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur

31 may – Ümumdünya Tütünlə Mübarizə Günü ilə əlaqədar Bakıda velo yürüş keçirilib.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı hər il ənənəvi olaraq 31 may Ümumdünya Tütünlə Mübarizə Günü ilə bağlı may ayının 1-dən, 31-dək “Tütünsüz Ay” elan keçirir. Kampaniya ilə əlaqədar olaraq, ikincilisiqaret  çəkmənin  və  tütünün  zərərləri  haqqında  təlimlər,  seminarlar,  bədii  film  nümayişləri, məlumtlandırıcı görüşlər, velo-yürüşlər, flaş-moblarının təşkili planlaşdırılır.

Layihə çərçivəsində “Sağlam Düşüncə” Gənclər Təşkilatı “Təbiət Dostları” Gənclər İctimai Birliyinin Yaşıl Velosipedçilər Klubu ilə birgə Sumqayıt və Bakı şəhərlərində Velo-yürüşlər təşkil edilib. Yürüş iştirakçıları “01-31 may – Tütünsüz ay” şüarı əks o
lunmuş köynəklərdə aksiyanın ideyasını təbliğ ediblər.
Eyni zamanda velo-yürüş iştirakçıları toplanma məntəqələrində tütünün zərərləri haqqında məlumatvərəqələri və bukletlər paylayiblar.
Qeyd edək ki, “Tütünsüz ay” çərçivəsində may ayının31-də, Ümumdünya Tütünlə Mübarizə Günündə Bakı şəhərində velo-yürüş baş təşkil edilib. Velo-yürüş Saat 11:00-da Dəniz Vağzalından start götürüb və şəhərin mərkəzi küçələrindən keçməklə 12 km məsəfəni əhatə edib. Velosipedçilərin Sondayanacaqı Fəvvarələr meydanı olub. Yürüş zamanı şəhər əhalisinə tütünün zərərlərindən bəhs edən bukletlər də paylanıb.
“Sağlam Düşüncə” Gənclər Təşkilatı 2009-cu ildən “TÜTÜNƏ YOX!” maarifləndirmə Kampaniyasına start verib. Kampaniyanın məqsədi ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında ictimai fikirin formalaşdırılması və passiv (ikincili) siqaret çəkmənin və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsidir. Kampaniya silsilə tədbirlər və layihlər təşkil edilib. “Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının üzvüdür.
DudlOrHIYADpw68FZdGHUxqXd_7QB0ip4AbPx-OHErM,fkrzzM51B0eApWrq-9Ny2m2JBR-B-7Ot5kp5roRxU3w q6kXW5YVIGgSXFtYqxuV4fy7fOAyb0OFFvR4vy4OMUg,3qyD8b3VNNm3Do8_5uQxBQI6IV2VQkdfJmMTfGlj_AY S2jeeEyK7Rt52C8bOxQNAY-0Ia9QP-JMQ3w_f8Xgvv4,FutPmDMCimFlkyG8V8MxxVHlSA60l8GYEwUXSoCl42Q X6l7RAIukKDm8mFAhDwIMpQbKUtIpxlr-O_AuP7Wb4I,xRGn0wKr3ur09o5ye53-_3mYtSot3bCL9Rd6jv2Gmko
Facebook Şərhləndirmə:

Şərhinizi yazın