Menu
Geri İrəli

Sumqayıt Texnologiyalar Parkı “Bakutel-2016” sərgisində yeni məhsullarını nümayiş etdirir

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2016 • Baxış sayı: 364 dəfə • Şərh yoxdur

stpSumqayıt Texnologiyalar Parkı (STP) “Bakutel-2016” sərgisində yeni məhsullarını nümayiş etdirir.
Sumqayıt Texnologiyalar Parkından bildirilib ki, noyabrın 29-da Bakı Ekspo Mərkəzində işə başlayan və 18 ölkədən 200-dək şirkətin qatıldığı “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edir.
STP stendində quraşdırılmış monitorlarda texnoparkın tərkibində fəaliyyət göstərən 17 zavod və 25-dən artıq istehsal sahəsi haqqında videoçarx vasitəsilə ziyarətçilərə müəssisə haqqında geniş məlumat verilir.
Artıq üçüncü dəfədir bu sərgidə iştirak edən STP ən son məhsullarının təqdimatını keçirib. Müəssisənin Kabel Zavodunun ötən ilin sonunda istehsalına başladığı 50 növdə fiber-optik, LAN, rabitə, siqnal kabellərini, həmçinin ödəmə və növbə terminallarını, informasiya köşklərini nümayiş etdirir. Sərgidə təqdim olunan yeniliklərdən biri də gömrük bəyannamələrinin hazırlanması üçün STP-nin istehsalı olan terminaldır.
Sərgidə iştirak edən ziyarətçilərə STP və məhsulları haqqında ətraflı məlumatlar verilir, istehsalat barədə təşviqat materialları təqdim olunur. Stend hər kəs tərəfindən böyük maraqla qarşılanır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın