Menu
Geri İrəli

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır -VAKANSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyun 2017 • Baxış sayı: 1,332 dəfə • 3 şərh
Share Button

STP12 (1)Sumqayıt Texnologiyalar Parkı Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə mütəxəssis mühəndis menecer vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, SƏTƏM və ya bu əmək təhlükəsizliyi üzrə ən azı 2 il iş təcrübəsinin olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi iyulun 12-dir. 

- İngilis dilində danışmaq qabiliyyəti olmalı

Vəzifə öhdəlikləri:

- Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlayır;

- Müəssisənin və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;

- Nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;

-İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;

- Müəssisənin istehsalat xəsarətlərini təhlil edir və istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür;

- İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir;

- Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin əmək mühafizəsi üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır;

Tələblər

- SƏTƏM və ya bu əmək təhlükəsizliyi  üzrə ən azı 2 il iş təcrübəsinin olması
- İngilis dilində danışmaq qabiliyyəti olmalı

E-mail: info@stp.az

© Materiallardan istifadə e
Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt Texnologiyalar Parkı işçi axtarır -VAKANSİYA” yazısına 3 cavab

  1. aqayev revan deyir:

    Qaynaqci isene muraciet

  2. Süleymanov Bayram deyir:

    Salam 6 cı dərəcəli boru qaynaqçısıyam. Elekrtod və polavtamat üzrə boru və metal konistruksiya işlərində işləmişəm. Azfen . Tekfen, Baku Shipyard, Saipemde işləmişəm qaynaq üzre sertifikatlarım var. hal hazırda işsizəm. Xahiş edirem STP de qaynaqçı vakansiyası olduqda mənimləəlaqə saxlayasınız. 0555674927

  3. Ceferova Gulnare deyir:

    Salam.Ali tehsilliyem.Ixtisasim Standartlasdirma ve Sertfikasiyadi.rus dilinde mukemmel.ingilis dilinde qismen bilirem.Qeyri ixtisas uzre 10 il is tecrubem var .Reseption.referant.katibe.kassir.yazi ve qeyd aparma isleri.nezaretci ve s.kimi islere muraciet edirem.055 380 62 67

Şərhinizi yazın