Menu
Geri İrəli

Sumqayıt: velosipedçilər şəhəri kimi – Qeyri-adi LAYİHƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2016 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur

velosibetSumqayıt gəncləri şəhərimizdə qeyri-adi ekoloji layihə həyata keçirməyə hazırlaşırlar. Layihənin müəllifi Çinar Bayramovdur. Bildiyimiz kimi, Sumqayıt şəhərində velosiped yollarının salınması və velosipedin ekoloji nəqliyyat kimi təbliği üçün gözəl şərait var. Nəzərə alsaq ki, Sumqayıt şəhəri həm də gənclər şəhəridir, bu səbəbdən gənclər arasında velosipedin nəqliyyat vasitəsi kimi təbliği daha uğurlu nəticələnəcək. Bu vasitə ilə gənclər avtomobillə yox, ekoloji cəhətdən təmiz və sağlam həyat tərzinə uyğun nəqliyyat vasitəsinə daha çox maraq göstərmiş olacaqlar.

Eyni zamanda Sumqayıt şəhərində velosipedin ictimai nəqliyyat vasitəsi kimi istifadə edilməsi üçün infrastruktur baxımından imkanlar mövcüdur. Kəskin eniş-yoxuşların olmaması, avtomobil yollarının geniş olması və paytaxt Bakıya nisbətən avtomobillərin az olması Sumqayıtı velosipedçılər şəhərinə çevirmək imkanı verir. Layihənin əsas məqsədi Sumqayıt gəncləri arasında velosipedin ekoloji nəqliyyat vasitəsi kimi təbliğ etməkdir. Bunun üçün gənclər üçün velo-təlimlər təşkil ediləcək və həvəskar velosipedçilərin iştirakı ilə Sumqayıt şəhərində velo-yürüş təşkil ediləcək. Layihə çərçivəsində gənclər üçün 2 velo-təlim və həvəskar velosipedçilərin iştirakı ilə Sumqayıt şəhərində velo-yürüş təşkil ediləcək. Velo-təlim 29 və 30 oktyabr tarixlərində Sumqayit şəhərində olacaq. Velo-təlimlərdə velosipedin düzgün idarə edilməsi, tarazlığın qorunması, avtomobil yolunda velosipedin idarə qaydaları, uzun yolda olarkən nasazlığı olan velosipedin sazlanması və bu kim başqa nüanslar haqqında gənclər maarifləndiriləcəklər. Təlimlərdə iştirak ödənişsizdir. Təlimlərdə iştirak emək üçün xahiş edirik aşağıdakı linkdən qeydiyyatdan keçin. >>https://goo.gl/Ce7be0

Velo-yürüş noyabr ayında Sumqayıtda keçiriləcək. Tədbirdə 50 nəfər gənc iştirak edəcək. Bu yürüşə həvəskar velosipedçilər cəlb olunacaq. Layihənin tərəfdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı və “Təbiət Dostları” Gənclər Təşkilatıdır.

Əlaqə vasitələri: Layihə rəhbəri: Çinar Bayramov Telefon: +994556943439 E-mail: chinar.bayramov@gmail.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın