Menu
Geri İrəli

Sumqayıt YAP-çıları yubileyə hazırlaşır – İdarə heyəti toplandı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2017 • Baxış sayı: 110 dəfə • Şərh yoxdur
Share Button

1507733843_thumbnail_8cb658315682e051bc03160bb4f9822fYeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin iclası keçirilib.

İclasda çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov öncə iştirakçıları gündəliklə tanış edib. Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ilinin tamam olduğunu deyən şəhər təşkilatının sədri əlavə edib ki, bu münasibətlə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub: “YAP Sumqayıt şəhər təşkilatı tərəfindən tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, şəhər təşkilatı və ərazi ilk partiya təşkilatlarında müxtəlif tədbirlər keçiriləcək.”
Ramiz Hüseynov vurğuladı ki, artıq 25 ildir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və Prezident İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.
YAP Sumqayıt şəhər təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Akif Kərimov qrupun təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti, YAP şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov ərazi ilk partiya təşkilatlarının təsis olunması və YAP sıralarına yeni üzvlərin qəbul edilməsi barədə məlumat verdilər.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərdiyini, partiyanın dövlətçiliyimizin möhkəmlənməsinə və ölkəmizin dinamik inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırdılar.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın