Menu
Geri İrəli

Sumqayıtda 12 illik ümumi təhsilə keçidlə bağlı “Dəyirmi masa” keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2016 • Baxış sayı: 249 dəfə • Şərh yoxdur

06-15.03.16Martın 15-də Sumqayıt şəhərində 12 illik ümumi təhsilə keçidlə bağlı “Dəyirmi masa” keçirilib.

Müzakirələrdə Təhsil Nazirliyinin rəhbər işçiləri, Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, şəhərin ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və valideynlər iştirak edib.

“Dəyirmi masa”da 12 illik ümumi təhsilin üstünlükləri, bu sahədə dünya təcrübəsi, prosesə hazırlıqla bağlı atılacaq zəruri addımlar, ümumi təhsilin yeni modelinə keçidlə bağlı əsas hədəflər barədə məlumat verilib.

Çıxış edənlər 12 illik ümumi təhsilə keçidlə bağlı XXI əsrin tələbləri və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla məzmunun və tədris yükünün optimal müəyyənləşdirilməsi, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, peşə təhsili imkanlarının artırılması zərurəti, məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla ümumi təhsilin mümkün modellərinə dair təkliflər səsləndirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın