Menu
Geri İrəli

Sumqayıtda 3 yaşlı uşağın ölümünə səbəb olan həkim məhkəmə qarşısında

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2017 • Baxış sayı: 1,469 dəfə • Şərh yoxdur

Əməliyyatdan sonra dünyasını dəyişən 3 yaşlı Qurbanlı Azu Sənan qızının ölümü ilə bağlı bu gün hazırlıq məhkəməsi keçiriləcək.
femida.az xəbər verir ki, hazırlıq məhkəməsi Sumqayıt Şəhər Məhkəməsində, hakim Əsgərova Ruhiyyə Orucəli qızının sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “Real Sağlamlıq Klinikası”nda 3 yaşlı Qurbanlı Arzu Sənan qızı keçən il iyunun 30-da burun-boğaz əməliyyatı sonrası dünyasını dəyişib. Onu əməliyyat edən həkim Qənbərov İsmayıldır. Ölüm faktına görə, Cinayət Məcəlləsinin 124.1 ( Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, ailə üzvləri uşağın ölümündə həkimləri günahkar olduğunu iddia edir. Onun əməliyyat zamanı “Kolipsol” dərman preparatını normadan artıq verildiyi üçün dünyasını dəyişdiyini iddia edirlər.

1494591186_22

Facebook Şərhləndirmə:

Şərhinizi yazın