Menu
Geri İrəli

Sumqayıtda “Azərbaycan multikulturalizmi dünyanın nəzərində” mövzusunda dəyirmi masa

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2016 • Baxış sayı: 251 dəfə • Şərh yoxdur

1248MKS-in M.Ə.Rəsulzadə adına 2 saylı kitabxanada “Azərbaycan multikulturalizmi dünyanın nəzərində” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Tarixi Araşdırmalar Qurumunun həmtəsisçisi, tarixçi Hüseynov Anar,AMEA-nın dissertantı, şərqşünas, Tarix Araşdırmalar Qurumunun həmtəsisçisi, “Birlik.az” saytının rəhbəri Hətəmov Vüsal, tarix elmləri üzrə araşdırmaçı Məhərrəmov Habil, Sumqayıt Dövlət Universitetinin tələbəsi (SDU), Ritorika Universal Klubunun sədri Umud Cavid, klubun idarə heyyəti və kitabxananın oxucuları iştirak etdilər. Tədbiri kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açıq elan edərək bildirdi ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.

Multikulturalizm çox mədəniyyətlilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Çıxış edən digər qonaqlar bildirdilər ki, bu ölkədə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Bu, tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf edib. Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bu mühitin ab-havası yüzillərdir ki, xalqların nəfəsliyinə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın