Menu
Geri İrəli

Sumqayıtda “Bələdiyyə kuboku” uğrunda futbol turnirinə start veril

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyun 2015 • Baxış sayı: 451 dəfə • 1 şərh

Sumqayıtda Milli Qurtuluş günü münasibətilə uşaq futbol komandaları arasında keçirilən “Bələdiyyə kuboku” uğrunda futbol turnirinə start verilmişdir

DSC_0041 

Bugünlərdə Sumqayıtın M.Hüseynzadə adına mərkəzi şəhər stadionunda Sumqayıt Bələdiyyəsinin dəstəyi və təşkilatçılığı ilə ənənəvi olaraq hər il 15 iyun – Milli Qurtuluş günü münasibətilə Bələdiyyənin məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında keçirilən “Bələdiyyə kuboku” uğrunda uşaq futbol turnirinin açılışı olmuşdur.

Ölkə Prezidentinin «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» Sərəncamına uyğun olaraq keçirilən tədbiri giriş sözü ilə açan Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev qeyd etmişdir ki, bu il Sumqayıtda artıq 10-cu dəfə keçirilən uşaq futbol turniri respublikamızın həyatında əlamətdar bir dövrə – Bakıda ilk Avropa Olimpiya oyunlarının davam etdiyi, Azərbaycan idmançılarının bu nüfuzlu beynəlxalq yarışlarda qələbə əzmi ilə çıxış edərək,  ardıcıl olaraq yüksək yerlər tutduğu, qızıl, gümüş medallara layiq görülərək, Vətənimizin Dövlət Himninin qürurla səsləndirilməsinə nail olduqları bir vaxta təsadüf edir. Bu isə ilk növbədə  Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Ulu öndər Heydər Əliyevin idmanın inkişafına daim göstərdiyi yüksək diqqət və qayğının, ölkə rəhbəri İlham Əliyevin həmin ənənəni daha böyük vüsət və əzmlə davam etdirməsinin, son illərdə respublikamızın bütün bölgələrində bir-birinin ardınca yeni Olimpiya və idman komplekslərinin yaradılmasına, idmançılarımız üçün əlverişli idman-məşq şəraitinin təşkilinə göstərdiyi səylərin uğurlu nəticəsidir.

Respublikamızda son illərdə idmanın müxtəlif sahələrinə uşaq və gənclərin cəlb edilməsi, onların idman yarışlarında daha fəallıqla iştirakı, bunun üçün hər cür imkanın yaradılması da diqqətəlayiqdir. Təsadüfi deyil ki, Azərbaycanın gənc  idmançıları son illərdə müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nailiyyətlər əldə edir, respublikamızın həm də idman ölkəsi kimi tanınmasında mühüm rol oynayırlar.

Sumqayıt Bələdiyyəsinin rəhbərliyi və üzvləri, şəhər ictimaiyyətinin və idman təşkilatlarının, respublika və şəhər mətbuatının, informasiya agentliklərinin, şəhərin məhəllə komitələri nümayəndələrinin iştirak etdiyi təntənəli açılış mərasimində Bələdiyyə sədri Ə.Babayev məhəllə futbol komandalarında oynayan uşaqların öz futbol bacarıqlarını və məharətlərini daha səylə inkişaf etdirməsinə, hər zaman qətiyyətli olmalarına səsləyən belə bir faktı da onların nəzərinə çatdırıldı ki, dünyanın “Futbol kralı” sayılan əfsanəvi Pele də, Ronaldo da, Azərbaycan futbolunun iftixarı olan məşhur futbolçularımız Ələkbər Məmmədov, Anatoli Banişevski və digərləri də böyük futbola kiçik məhəllə futbolundan, məhəllə meydançalarından gəlmişlər.

Tədbirdə “Sumqayıt” peşəkar futbol klubunun prezidenti Kamran Quliyev, Sumqayıt şəhər Gənclər və İdman baş İdarəsinin rəisi Elşən Baxşəliyev və digərləri çıxış edərək, məktəbli futbolçulara yarışlarda uğurlar və gələcəkdə peşəkar futbolçu kimi yetişmələri üçün daha əzmkar olmağı arzulamışlar.

Azərbaycanın Əməkdar məşqçisi, yarışların baş hakimi Ağamusa Bağırov komandaların yarışlara tam hazır olduqları barədə təşkilat komitəsinin sədri Ə.Babayevə raport verdikdən sonra uşaqların 10-cu – yubiley futbol turniri açıq elan edilmişdir.

Bütün tədbir iştirakçıları tərəfindən ölkəmizin Dövlət Himni xorla oxunmuş,  şəhərin gənc karateçilərinin nümunəvi çıxışı nümayiş etdirilmişdir.

Yarışlara start verilərək, bildirilmişdir ki, ənənəvi olaraq 2006-cı ildən başlayaraq təşkil edilən “Bələdiyyə kuboku” uğrunda turnirdə şəhərin müxtəlif məhəllə və mikrorayonlarında fəaliyyət göstərən məhəllə komitələri tərəfindən sıralarına 280 uşağın cəlb olunduğu 20 komanda qələbə uğrunda mübarizə aparacaqdır.

Yarışlar  iki ay yarım – bütün yay tətili boyu davam edərək, Sumqayıtın müxtəlif məktəblərinin və şəhərdə yaradılan nümunəvi məhəllələrin yaşıl futbol meydançalarında,  final oyunları isə M.Hüseynzadə adına şəhər stadionunda keçiriləcəkdir. Turnir müddətində 40-dan artıq oyun keçiriləcəkdir.

Yarışın təşkili və keçirilməsinə rəhbərlik Sumqayıt Bələdiyyəsi, şəhər Gənclər və İdman Baş İdarəsi və “Şimal” Regional Futbol Federasiyası ilə birgə yaradılmış təşkilat komitəsi tərəfindən təyin olunmuş hakimlər kolleqiyasına həvalə edilmişdir.

Qаliblər «Bələdiyyəsi kuboku» və fəxri fərmanlarla mükafatlandırılacaqlar.

 

 

Orxan MƏMMƏDZADƏ.

Fotolar Amil Əhmədovundur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda “Bələdiyyə kuboku” uğrunda futbol turnirinə start veril” yazısına bir cavab

  1. Enes aal Azeri deyir:

    Kubok inweallah Xezrinindir.

Şərhinizi yazın