Menu
Geri İrəli

Sumqayıtda bələdiyyələrlə qeyri-hökumət təşkilatlarının əlaqələri mövzusunda tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyun 2015 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur

Sumqayıtda bələdiyyələrlə qeyri-hökumət təşkilatlarının əlaqələrinin inkişafı ilə bağlı geniş tədbir keçirilmişdir  

 DSC_0019Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə “Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Sumqayıtın tarixi” muzeyində “Sumqayıt, Quba və İsmayıllı bələdiyyələri ilə qeyri-hökumət təşkilatlarının münasibətlərinin inkişafı” mövzusunda geniş tədbir keçirilmişdir.

  Sumqayıt Bələdiyyəsi nümayəndələrinin, onun məhəllə komitələri fəallarının və Sumqayıtda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının,  müxtəlif cəmiyyət və ictimai birlik nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə “Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, şəhərin 30-cu məhəlləsinin 1 saylı məhəllə komitəsinin sədri İndira Şəmsivari açmışdır. Bildirilmişdir ki, son illərdə əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, sosial tələbatın daha dolğun ödənilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq sərəncam və göstərişlərinin rəhbər tutularaq, Azərbaycanda bələdiyyələrin ictimai fəallığının artması, əhalinin yerli sosial və məişət  qayğılarının öyrənilməsi, yaranmış problemlərin həlli ilə bağlı görülən tədbirlər daha geniş xarakter almaqdadır.

 Məruzə ətrafında çıxış edərək, yerlərdə əhalinin ictimai problemlərinin həllində bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artdığını məmnunluqla qeyd edən tədbir iştirakçıları – “İnsan Hüquqları və Maarifçilik” İB-nin sədri Rəfail Becanov, tarix elmləri namizədi Samir Kərimov, “Yeni həyat”  İctimai Birliyinin sədri Ədil Ədilzadə və digərləri öz çıxışlarında bələdiyyələrlə QHT-lərin birgə əməkdaşlığının daha da effektli olacağına əminlik ifadə etmiş və əhalinin maraqlarına xidmət sahəsində bu cür əməkdaşlığın genişləndirilməsinin günün tələbi olduğunu bildirmişlər.

Tədbirdə Sumqayıt Bələdiyyəsinin və şəhərin ictimai təşkilatlarının, QHT-lərin qabaqcıl və fəal nümayəndələri “Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar İctimai Birliyinin fəxri-fərmanları ilə təltif edilmişlər.

Analoji tədbirlər yaxın günlərdə Quba və İsmayıllıda da keçiriləcəkdir.

Orxan MƏMMƏDZADƏ.

Fotolar Amil Əhmədovundur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın