Menu
Geri İrəli

Sumqayıtda Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2017 • Baxış sayı: 155 dəfə • Şərh yoxdur
Share Button

1512631123248024947_1000x669Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirib. Bu barədə AZƏRTAC-a Bilik Fondundan məlumat verilib.

Şəhər icra hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Fərman Kazımov maarifləndirici tədbirin Sumqayıtda təşkilinə görə Bilik Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.

Fondun aparat rəhbəri İsaxan Vəliyev “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi islahatlar kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, ölkəmizdə son zamanlar insan hüquq və azadlıqlarının təminatı istiqamətində bir sıra qanunvericilik aktlarının qəbul edildiyini faktlarla diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyev mülki və inzibati prosessual məcəllələrə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklərdən danışıb. Bildirib ki, dövlətimizin başçısı tərəfindən bu sahədə imzalanmış sənədlər hər bir Azərbaycan vətəndaşının keyfiyyətli hüquqi yardım almasını təmin edir.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov Bilik Fondu tərəfindən hüquqi maarifləndirici tədbirlərin nəinki sadə vətəndaşlar, eləcə də məhkəmə-hüquq və hüquq mühafizə orqanlarının əməkdaşları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın