Menu
Geri İrəli

Sumqayıtda cibgirlik edən “Qara Rəhilə”nin məhkəməsi başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2015 • Baxış sayı: 439 dəfə • Şərh yoxdur

rahileBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rəhilə İsmayılova, Məleykə Şamilova, Mətanət Şamilova, Natəvan Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
1952-ci il təvəllüdlü Məleykə Şamilova bildirib ki, neçə illərdir Sumqayıt şəhərində yaşayır və onun bu cinayətlərdən xəbəri olmayıb: “Bir pul qabına görə məni tutublar. Məni həbs edən polislərin məhkəməyə çağırılmasını tələb edirəm. Bütün ailəmi həbs ediblər. Bizi kriminal ailə kimi cəmiyyətə təqdim edirlər. 120 manat pensiya alıram. Nə etməli idim?! İşimə düzgün baxılmasını istəyirəm. Bizim ailədə heç kimi qoymayıblar, hamısını həbs ediblər. Bir 80 yaşlı kişini həbs etməyiblər. Gəlinim də uşaqlı olduğu üçün zamində saxlanılır. Uşaqların evdə yanında qoymağa adam tapmayıb. Azyaşlı uşaqları ilə birlikdə gəlinim məhkəməyə gəlməyə məcbur olub. Allah görür hər şeyi”.
Daha sonra prokuror Fərid Nağıyev çıxış edərək cinayət işi ilə tanış olması üçün vaxt istəyib. Digər tərəfdən, zərərçəkmiş şəxslər məhkəmədə iştirak etmədiklərinə görə məhkəmənin hazırlıq iclası iyunun 18-ə kimi təxirə salınıb.
Qeyd edək ki, 60 yaşlı Rəhilə İsmayılova və dəstə üzvləri Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlikdə təqsirli bilinirlər. Rəhilə İsmayılova “oğru” aləmində “Qara Rəhilə” kimi tanınır.
R.İsmayilova əvvəllər də cibgirlik və narkotik maddə saxladığına görə 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb. virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın