Menu
Geri İrəli

SUMQAYITDA FACİƏ: kanalizasiyaya düşən şəxsi xilas etməyə çalışan FHN əməkdaşı da öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2017 • Baxış sayı: 5,174 dəfə • Şərh yoxdur
4adf62d806d19c3da0d3de91ca96aaf2
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb.Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, bu gün saat 14:16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub. FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
***

Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.

 APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.
 Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.
Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.
 Sumqayıt şəhər Səhiyyə İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
Onlardan ikisinin vəziyyəti ağırdır.
1500380148_13
Facebook Şərhləndirmə:

Şərhinizi yazın