Menu
Geri İrəli

Sumqayıtda dini radikalizm məsələsi müzakirə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2016 • Baxış sayı: 678 dəfə • Şərh yoxdur
Noyabrın 30-da Sumqayıt  Dövlət  Universitetində  şəhər  İcra  Hakimiyyəti,  Dini Qurumlarla İş üzrə  Dövlət  Komitəsinin Sumqayıt  bölgəsi üzrə şöbəsi və  Dövlət  Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər İdarəsinin birgə təşəbbüsü ilə “Dini radikalizm və terror” mövzusunda  tədbir  keçirilib.
Tədbirdə Sumqayıt Dövlət  Universitetinin prorektoru Nizami Namazov, İcra  Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, DTX-nın Sumqayıt şəhər İdarəsinin rəis müavini Rövşən Bayramov, idarənin şöbə rəisi Natiq Səmədov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir  müavini Yalçın Abdullayev, aparıcı məsləhətçisi Ülvi Məmmədov və universitetin müəllim, tələbə kollektivi  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin prorektoru Nizami Namazov dini radikalizm və  dini  fundamentalizmin günümüzün böyük təhlükələrindən olduğunu bildirib. Sonra çıxış edən Sumqayıt  Şəhər İcra  Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində  görülən işləri və zərərli  dini təsirlərə qarşı  aparılan mübarizə istiqamətlərini geniş  şərh  edib.  Bildirib ki, dövlətin dinə  olan qayğısı  ölkəmizdə mövcud olan ayrı-ayrı dini konfessiya  nümayəndələri  tərəfindən daim təqdir  edilir.
DTX-nın Sumqayıt  şəhər İdarəsinin əməkdaşı Natiq  Səmədov dini  radikalizmin mahiyyəti,  onların təbliğat  üsulları və beynəlxalq  terrorizm barədə  geniş məruzə ilə çıxış edib. DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev və əməkdaşı Ülvi Məmmədov mövzu ilə  bağlı  çıxış edərək qloballaşma  dövründə, sivilizasiyalararası  münasibətlərin yeni  mərhələsində dini radikalizmin meydana  gəlməsinin  fəlsəfi, sosio-psixoloji  səbəbləri, eləcə də radikal dini cərəyanlarla  mübarizə  çərçivəsində aparılan profilaktik və  preventiv tədbirlər  barədə   iştirakçıları məlumatlandırıblar.
unnamed-285 unnamed-366 unnamed-445 unnamed81
Facebook Şərhləndirmə:

Şərhinizi yazın