Menu
Geri İrəli

Sumqayıtda enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək müəssisə yaradılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2016 • Baxış sayı: 615 dəfə • Şərh yoxdur

SOCAR-a məxsus “SOCAR-Uniper” MMC dövlət qeydiyyatına alıb.

socar-sokar“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən məlumat verir ki, şirkətin baş ofisi Sumqayıtda şəhərində yerləşir.

MMC-nin nizamnamə kapitalı isə 10 min manatdır.

Qanuni təmsilçisi Rza Rzayevdir. Şirkətin Müşahidə Şurasında Fuad Əhmədov, Rəşad Hüseynli, Fuad Kərimli, Muxtar Babayev, Filip Palada, Fip Uvve Haynts təmsil olunur.

Qeyd edək ki, mayın 25-də Sumqayıtda SOCAR və Almaniyanın “Uniper” şirkəti arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-Uniper” MMC-nin yaradılması haqqında saziş imzalanıb. Sazişə əsasən birgə müəssisədə SOCAR 51%-lik, “Uniper” isə 49%-lik paya sahib olacaqlar.

Sazişləri SOCAR prezidenti Rövnəq Abdullayev və “Uniper” şirkətinin prezidenti Klaus Şehfer imzalayıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın