Menu
Geri İrəli

Sumqayıtda ər özündən üç yaş böyük arvadı ilə mübahisə etdi: Kişi öldü…

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2016 • Baxış sayı: 2,005 dəfə • Şərh yoxdur

bicaqqqSumqayıt şəhərində ölüm hadisəsi baş verib.
Şəhər prokurorluğundan “Report”a verilən məlumata görə, Sumqayıt sakini 1983-cü il təvəllüdlü Natiq Mədətov ailə münaqişəsi zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Xatirə Məmmədova ilə mübahisə edib.
Münaqişə zəminində ayağından bıçaq xəsarəti alan N.Mədətov qan itirmə nəticəsində dünyasını dəyişib.
X.Məmmədova istintaqa ifadəsində ərinin özü-özünü bıçaqla vurduğunu deyib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Araşdırmalardan sonra N.Mədətovun bıçaqla özü-özünü vurduğu, yoxsa həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın