Menu
Geri İrəli

Sumqayıtda əsən güclü külək nə vaxt kəsəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2017 • Baxış sayı: 155 dəfə • Şərh yoxdur
Share Button

kulek-kulekli-havaÖlkə ərazisində müşahidə edilən küləkli hava şəraiti bu gün günortayadək davam edəcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün günortayadək əsən güclü şimal-qərb küləyi günortadan mülayimləşməyə başlayacaq.

G.Məmmədova küləkli keçməsinə baxmayaraq, dünən və bu gün havanın bürkülü olmasının səbəbini son iki gündə atmosferdə rütubətin miqdarının bir qədər çoxalması ilə izah edib:

“Lakin artıq havada rütubətin miqdarı normaldır. Günorta mülayim cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəzlənib. Hazırda temperatur 30-35 dərəcədir. Sentyabrda belə temperatur əvvəlki illərdə də qeydə alınıb. Bakıda sentyabrda 37 dərəcə temperaturun qeydə alındığı illər olub. Ona görə də hazırki temperatur sentyabr üçün yüksək sayıla bilməz”.

Qeyd edək ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra bu gündən Bakıda və Abşeron yarımadasında hava qeyri-sabit keçməyə başlayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın