Menu
Geri İrəli

Sumqayıtda gənclər hesabat verdilər – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2017 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur
Share Button
1506342087_103Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Heydər Əliyev Mərkəzində şəhərin müxtəlif sahələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə 2017-ci ilin 9 ayı ərzində gənclərlə iş sahəsində görülən işlər və qarşıda duran vəzifələrə dair görüş keçirib.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov Sumqayıt şəhərində görülən genişmiqyaslı quruculuq və abadlıq işləri haqqında məlumat verib. C.Hüseynov çıxışını davam edərək Əsası Ümummilli Lider Heydər Əiyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin şəhərimizdə uğurla həyata keçirildiyini, şəhər rəhbərinin diqqət və qayğısı nəticəsində Sumqayıtda həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu, dövlətə və dövlətçiliyə sədaqətçilik, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi, istedadlı, yaradıcı gənclərin üzə çıxarılması və könüllülük hərəkatının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, ölkə başçısının 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” haqqında iclas iştirakçılarının diqqətinə çatdırıb.
C.Hüseynov bildirib ki, hesabat dövründə Baş İdarə tərəfindən gənclərin dinamik inkişafı məqsədilə dövlət gənclər siyasətinin istiqamətlərinə uyğun şəhərdə keçirilmiş 96 müxtəlif tədbirdə 11035 nəfər gənc iştirak edib, gənclərin təşkilatlanması üçün zəruri imkanlar yaradılmış, mövcud təşkilatların ümumi maraqlar əsasında birləşdirilməsi və könüllülük prinsipi əsasında əlaqələrin möhkəmləndirilməsində fəaliyyət artırılıb, tələbələrin ictimai həyatda fəallığının genişləndirilməsi, qeyri-hökümət təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb.
Görüşdə Baş İdarənin Təşkilatİ iş sektorunun müdiri Rüfət Mahmudzadə, Asan Könüllüləri Gənclər Təşkilatlarının sədri Rəşad Məmmədov, Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədr müavini Ramil Mirzəyev, Universitetin Yeni Azərbaycan Partiyası Gənclər Bilriyinin sədri Umud Cavid, Gənclər Evi könüllüsü Elnur Əmirov, Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-gənclər təşkilatının sədr müavini Jalə Məmmədova, QAC Sumqayıt bölməsinin təlimatçısı Şəbnəm Zeynalova cari ilin 9 ayı ərzində görülən işlərdən hesabat xarakterli çıxışlar edərək, təşkilatın fəaliyyəti, maraq sahələrinə uyğun yaradılmış istiqamətlər, klublar, təkliflərin öyrənilməsi məqsədi ilə keçirilən görüşlər, yeni təşəbbüslər haqqında məlumat veriblər.

Sumqayıtda gənclər hesabat verdilər - FOTOLAR

Sumqayıtda gənclər hesabat verdilər - FOTOLAR

Sumqayıtda gənclər hesabat verdilər - FOTOLAR

Sumqayıtda gənclər hesabat verdilər - FOTOLAR

Sumqayıtda gənclər hesabat verdilər - FOTOLAR

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın