Menu
Geri İrəli

Sumqayıtda hakimə qarşı marketdə soyğunçuluq edən şəxslərə hökm oxunub

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2017 • Baxış sayı: 535 dəfə • Şərh yoxdur
Share Button

mehkemeBakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Əlibala Salahov və Sərdar Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Salahov 5 il, S. Cavadov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər bu ilin fevral ayında Sumqayıt şəhərində yerləşən marketlərdən birindən çıxarkən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Mübariz Zeynalovun əlində olan çantanı soyğunçuluq yolu ilə əlindən alaraq qaçıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın