Menu
Geri İrəli

Sumqayıtda həmyerlisini döyərək qətlə yetirən şəxsin müraciəti təmin edilməyib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2017 • Baxış sayı: 155 dəfə • Şərh yoxdur
Share Button

mehkememehkemeSumyqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elman Əhmədovun apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair müraciətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, H.Mövlanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, qətl hadisəsi Sumqayıt şəhərində baş verib. Şəhər sakini, 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətlər olan meyiti yol kənarında aşkar edilib. İlkin olaraq polisə G.Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə məlumat verilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qadını münaqişə zəminində həmyerlisi, 1975-ci il təvəllüdlü E.Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib. Daha sonra E.Əhmədov tutulub.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmü ilə E.Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum hökm çıxarılandan sonra isə apellyasiya şikayəti verməyib.
Qanunvericiliyə əsasən, barəsində hökm çıxarılan şəxs 20 gün müddətinə apellyasiya şikayəti vermək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə təqsirləndirilən şəxs müddətin bərpa edilməsi üçün yenidən məhkəməyə müraciət edə bilər.
Bir müddət keçəndən sonra E.Əhmədov buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun müraciətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın