Menu
Geri İrəli

Sumqayıtda humanitar aksiya: “Qan ver, həyat xilas et!”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2016 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur

qanvermeSumqayıt Dövlət Universiteti (SDU) və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə “Qan ver, həyat xilas et!” devizi altında növbəti qanvermə aksiyası təşkil olunub. Ənənəvi aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara, eləcə də son günlər cəbhə bölgələrində düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçulara, mülki vətəndaşlara yardım məqsədi ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova humanitar aksiyanın məqsəd və əhəmiyyətindən bəhs edib. Digər çıxış edənlər bildiriblər ki, donor hərəkatının fəallaşması vacibdir, çünki insan həyatı üçün zəruri olan bu bioloji materialı süni şəkildə yaratmaq mümkün deyil.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları ilk olaraq donorların sağlamlıq vəziyyətini müəyyən ediblər. Qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin könüllüləri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib aksiyada fəal iştirak ediblər. 600-dən çox tələbənin qatıldığı aksiyada yığılan qan Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Qan Bankına təqdim olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın