Menu
Geri İrəli

Sumqayıtda “ikt sektorunda karyera” mövzusunda seminar keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2015 • Baxış sayı: 309 dəfə • Şərh yoxdur

Sumqayıtda fəaliyyət göstərən “Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi “İKT sektorunda karyera” mövzusunda növbəti seminarını təşkil edib.
Seminar Ülvi Aslanovun təqdimatında keçirilib. Təlimçi  Yüksək Texnologiyalar Parkında Layihələrə dəstək, Elmi Potensial şöbəsinin rəisi olaraq çalışır. O həmçinin dövlət dəstəkli ən böyük Biznes İnkubasiya Mərkəzinə rəhbərlik edir. YTP-na qoşulmadan əvvəl Ülvi Aslanov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində layihələr üzrə web komanda lideri olaraq çalışıb.  O eTohum Azərbaycan, Baku Startup Weekend, Startup Azərbaycan və bir sıra digər yerli və beynəlxalq layihələrin təşkil olunmasında müstəsna rol almışdır. O, həmçinin online xidmət və e-ticarətdə sahibkarlıq sahəsində təcrübəyə sahibdir.

Seminarda təlimçi öz təcrübəsini, ikt sektorunda karyera imkanları ilə bağlı biliklərini gənclərlə bölüşüb. sumqayitxeber.com seminardan fotoları təqdim edir:

_IMG_6642 _IMG_6653 _IMG_6691 _IMG_6705 IMG_6634 IMG_6659 IMG_6687 IMG_6737 IMG_6739 IMG_6741 IMG_6743

Facebook Şərhləndirmə:

Şərhinizi yazın