Menu
Geri İrəli

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində keçirilən görüşlər davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2016 • Baxış sayı: 545 dəfə • Şərh yoxdur

2db1fc4b-aa7e-48a5-8a0a-b27622674b60
Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində keçirilən görüşlər davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Dövlət Musiqi Kollecinin birgə təşkilatçılığı ilə 26 may 2016-cı il tarixində Kollecin akt zalında şəhər Prokurorluğu və Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, Kollecin müəllim-tələbə heyyətinin iştirakı ilə 18 – İyun “Azərbaycanda Milli İnsan Hüquqları” gününə həsr edilmiş növbəti görüş keçirilmişdir.

İlk olaraq iştirakçılara insan hüquq və azadlıqları haqqında videoçarx nümayiş olunmuşdur. Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Musiqi Kollecinin direktoru Rasim Quliyev 18 İyun “Milli İnsan Hüquqları” gününün tarixi əhəmiyyətindən söz açaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuş və məhz bu tarixin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda “Milli İnsan Hüquqları günü” kimi elan olunmuşdur.

Sumqayıt şəhər Prokurorunun köməkçisi Orxan Hacıyev, şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Seymur Aslanov çıxışlarında Respublikada  insan hüquq və azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi qəbul edildiyini, ölkədə gedən demokratikləşmə prosesi, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlar haqqında məlumat vermişdilər.

Sonda iştirakçılara Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən bukletlər paylanılmışdır.

 e849410f-d578-4018-8177-ae114d7b4a5d

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın