Menu
Geri İrəli

Sumqayıtda işdən çıxarılan idarə rəisi kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2016 • Baxış sayı: 1,457 dəfə • Şərh yoxdur

siale4Xəbər verdiyimiz kimi Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətinə dair daxil olmuş şikayətlərlə əlaqədar Kollegiya iclası keçirilib. Ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə və tabeliyindəki işçilərin işdə yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədəuyğun sayılmayıb.

 İşdən çıxarılan Sialə Rüstəmova kimdir?

sumqayitxeber.com xəbər verir ki, Sialə İsmayıl qızı Rüstəmova 1965-ci il avqust ayının 9-da Gəncə şəhərində anadan olub.

1982-ci ildə Gəncə şəhərindəki 4 saylı orta məktəbi, 1988-ci ildə  Azərbaycan Dövlət Aqrar Universitetinin (o zamanlar S. Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutu adlanırdı) baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə Azərbaycan Bioloji Kombinatında mikrobioloq kimi başlayıb, 2009-cu ilədək həmin kombinatda şöbə müdiri və direktor vəzifələrində çalışıb. 15 sentyabr 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasına direktor təyin edilib və 2010-cu ilədək burada fəaliyyət göstərib.
Kənd təsərrüfatı nazirinin 23 aprel 2010-cu il tarixli 103 k saylı əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyin olunub. 2015-ci ildən Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsini icra edirdi.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın