Menu
Geri İrəli

Sumqayıtda konsert və əl işlərindən ibarət sərgisi keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2016 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt şəhər N.Nəriminov adına mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin hesabat konserti və əl işlərindən ibarət sərgisi keçirilib.

Mədəniyyət mərkəzinin foyesində qurulan “Rəssamlıq” və “Biçmə-tikmə” kurslarının əl işərindən ibarət sərgisi tamaşaçıların marağına səbəb olub. Şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov sərgi ilə tanış olub, tikiş ustaları və gənc rəssamlarla görüşərək xoş söhbət edib.

Daha sonra özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib. “Pöhrə” aşıqlar ansamblının, aşıq Elməddin Məmmədlinin, “Segah” muğam üçlüyünün, “Dəcəllər” rəqs qrupunun çıxışı və İllüziyaçı Fərhad Dadaşovun nümayiş etdirdiyi illüziya nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək maraqlı konsert proqramına görə kollektivə təşəkkürünü bildirib.

O, qeyd edib ki, “belə kollektivlərin sayı artırılmalı və istedadlı insanlar üzə çıxarılmalıdır. Biz təkcə mədəniyyət evlərində çıxış etməklə işimizi bitmiş hesab edə bilmərik. Daha böyük nailiyəyətlər əldə etmək üçün öz üzərimizdə işləməliyik ki, tək şəhərimizdə deyil, respublika və beynəlxalq əhəmiyyətli müsabiqə, festival və konsertlərdə iştirak edə bilək.”

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başladığı tikinti quruculuq işlərinə diqqəti çəkən Mehman Şükürov artıq bir neçə mədəniyyət obyektinin tikintisinə başlanıldığını təmir, tikinti və quruculuq işlərinin davamlı olacağını bildirib. Sonda idarə rəisi kollektivə əlindən gələn köməyi əsirgəməyəcəyini deyib, fəaliyyətində uğurlar arzulayıb.

1454069034_received_1556561241330356 1454069038_received_1556561277997019 1454069059_received_1556561251330355 1454069093_received_1556561224663691 1454069101_received_1556561261330354 1454069128_received_1556560751330405

Facebook Şərhləndirmə:

Şərhinizi yazın