Menu
Geri İrəli

Sumqayıtda məişət zorakılığı üzrə monitorinq qrupları üçün seminar keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2016 • Baxış sayı: 356 dəfə • Şərh yoxdur

Sumqayıtdakı Tarix Muzeyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə seminar keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Abşeron Rayon İcra Hakimiyyətinin gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları iştirak ediblər.

146098587746299111_1000x669

AZƏRTAC xəbər verir ki, seminarı giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Lalə Hacıyeva məişət zorakılığının qarşısının alınması ilə bağlı şəhərindəki mövcud vəziyyət barədə məlumat verib. Bildirilib ki, məişət zorakılığı ciddi sosial problemdir və onun qarşısının alınmasında əhalinin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bəzən qadınların əksəriyyətinin öz hüquqlarını bilməməsi və dövlətin verdiyi imkanlardan yararlanmağı bacarmaması məişət zorakılığına və qadin hüquqlarının pozulmasına səbəb olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sədaqət Qəhrəmanova monitorinq qrupları ilə görüşün məqsədi barədə məlumat verib. Qeyd edilib ki, ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrasına uyğun olaraq övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması nəzərdə tutulub. Bütün rayonlarda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli icra orqanlarının nümayəndələrindən ibarət monitorinq qrupları yaradılıb. Onlar yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlili, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

14609858775187726046_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın